Prezident İlham Əliyev yeni təyin olunan Təhsil nazirinə: Siz qayıtdınız, burada çalışdınız və bu gün siz nazir vəzifəsinə təyin olunursunuz

Prezident İlham Əliyev yeni təyin olunan Təhsil nazirinə: Siz qayıtdınız, burada çalışdınız və bu gün siz nazir vəzifəsinə təyin olunursunuz

Bakı. Trend:

Siz qayıtdınız, burada çalışdınız, gənc olmağınıza baxmayaraq, sizə böyük vəzifələr etibar edilmişdir və bu gün siz nazir vəzifəsinə təyin olunursunuz.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün xüsusi proqram qəbul edilmişdir. Bu proqram çərçivəsində minlərlə Azərbaycan gənci dövlət vəsaiti hesabına xarici ölkələrin aparıcı ali məktəblərinə ezam edilmişdir. Onlardan biri də sizsiniz və siz bu proqramla əhatə olunmusunuz. Bildiyiniz kimi, biz bu proqramı Dövlət Neft Fondunun xətti ilə həyata keçirdik. Bu da rəmzi xarakter daşıyır. Biz bu proqramı dövlət büdcəsi hesabına həyata keçirə bilərdik, ancaq mən bunu məhz Dövlət Neft Fondunun xətti ilə keçirilməsinə qərar verəndə qeyd etmək istəyirdim ki, bu strateji əhəmiyyət daşıyır. Çünki bu günə qədər Dövlət Neft Fondunun xətti ilə həyata keçirilən layihələr strateji əhəmiyyətli layihələrdir. Onların arasında, ilk növbədə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması layihələridir. Böyük infrastruktur layihələri və bu proqram məhz bu xətlə icra edilib. Ona görə, bu proqram qəbul olunanda həm bu məsələ öz əksini tapdı, eyni zamanda, mənim yadımdadır, o vaxt bəzi hökumət üzvləri təklif edirdilər ki, bir halda, biz gəncləri dövlət hesabına xaricdə oxutdururuq, onların qarşısında şərt qoyulmalıdır ki, onlar təhsili başa vurandan sonra mütləq ölkəyə qayıtsınlar və məcburi qaydada 5-10 il ölkəmizdə işləsinlər.

Mən buna müsbət yanaşmadım. Yadımdadır, o vaxt mən dedim, biz bu işi görürük ki, ölkəmiz, xalqımız üçün gənc kadrlardan ibarət intellektual potensial yaradaq. Biz bunu edirik ki, gənclərimiz dünyanın aparıcı ali məktəblərində oxusunlar. Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik? Biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır. Siz də bunun şahidisiniz, o vaxt heç bir şərt qoyulmadan biz gəncləri xaricə ezam etdik, oxutdurduq. Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Buna görə, bu müsbət təcrübə öz bəhrəsini verdi və siz bu proqram xətti ilə xaricdə təhsil almış insan kimi bunu görürsünüz. Siz qayıtdınız, burada çalışdınız, gənc olmağınıza baxmayaraq, sizə böyük vəzifələr etibar edilmişdir və bu gün siz nazir vəzifəsinə təyin olunursunuz".

XI Çağırış Kubokunun Bakı seçim turu keçirilib (FOTO)
XI Çağırış Kubokunun Bakı seçim turu keçirilib (FOTO)
Gimnastımız Polşada birinci oldu (FOTO)
Gimnastımız Polşada birinci oldu (FOTO)
Türkiyədə müalicə olunan qazilərimiz “Fənərbağça” – “Çaykur Rizespor” matçını izləyiblər (FOTO)
Türkiyədə müalicə olunan qazilərimiz “Fənərbağça” – “Çaykur Rizespor” matçını izləyiblər (FOTO)
Loading Bars
Xəbər lenti
Ermənistan münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir - XİN
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etmədi
Bakıda mənzildə qadın meyiti tapılıb
Azərbaycanın Afrikaya göndərdiyi 100 min doza COVID-19 peyvəndi Burkina-Fasoya çatdırılıb (FOTO)
“Yaxşı idarəçiliyin təbliğində Ombudsmanın və vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda hibrid formatda tədbir təşkil olunub (FOTO)
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
"Azərxalça" ASC-nin Qubadakı xalça zavodunda 410 min 661 manat mənimsəmə olub - Şahid
Zəngəzur dəhlizi məsələsində Qərb mediası bitərəf yanaşma sərgiləyir - Rufiz Hafizoğlu (VİDEO)
Ermənistan parlamentində dava: Hakim partiyanın deputatları müxalifətçilərə hücum edib
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
Şuşaya yeni sürət yolu çəkilir - AAYDA İdarə Heyəti sədrinin müavini (VİDEO)
Azərbaycan beynəlxalq sənədləri imzalayarkən Ermənistanla bağlı qeyd-şərtini açıqlayıb
Bərdə - Ağdam yeni avtomobil yolunun 60 faizi tikilib
Tələbə krediti üçün müraciət edənlərin sayı açıqlanıb
Azərbaycan-İran sərhədində atışma olub, bir nəfər zərərsizləşdirilib
e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb
Dekabrın 8-nə USD/AZN rəsmi məzənnəsi
Hindistanın Bakıdakı Səfirliyi tərəfindən vebinar təşkil olunub (FOTO)
Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib (VİDEO)
XI Çağırış Kubokunun Bakı seçim turu keçirilib (FOTO)
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı (FOTO)
Moskvada atışma olub, ölən və yaralananlar var
AQTA daha 4 müəssisədə pozuntular aşkarlayıb
Gələn ildən bu şəxslər də ünvanlı sosial yardım ala biləcək
Pirotexniki məmulatların satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir (FOTO/VİDEO)
FHN müharibənin təhlükəli qalıqları ilə bağlı əhaliyə müraciət edib
Azərbaycanda idman dövlət siyasətinin ayrılmaz hissəsidir - Mariana Vasileva
Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Avropa İttifaqının Kiyevdə təşkil etdiyi tədbirdə iştirak ediblər
Kürdəmirdə polis reyd keçirib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1530 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıra bilər - Ekspert
“YAŞAT” Fondunun birillik fəaliyyəti xalqımızın xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərinə sadiqliyinin təsdiqidir - Vüqar Rəhimzadə
Həştərxan vilayətinin Əhalinin Məşğulluğu Agentliyinin rəisi ilə görüş olub (FOTO)
Azərbaycanda vəzifəli şəxslər bu halda 2000 manat cərimə olunacaq
Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur
Dövlət Sığorta Kommersiya Şirkətinə yeni sədr təyin edildi
Bu şəxslər peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək və təqaüd alacaqlar
Bu həftənin sonuna kimi Avropada hər onuncu şəxs koronavirusa yoluxmuş olacaq - ÜST
Prokuror Vüqar Səfərliyə cəza istədi
İsşizlikdən sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddəti ləğv edilir
Qəbələdə evini tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycan və Türkiyə hakim partiyaları arasında əlaqələrin inkişafı müzakirə olunub (FOTO)
Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb (FOTO)
“Məşğulluq marafonu”na təqdim edilən vakansiyaların sayı açıqlanıb
Səbaildə məhəllədaxili su xətləri yenilənir, nasos stansiyaları ləğv edilir (FOTO)
Mərkəzi Nəbatat Bağına icraçı direktor təyin edilib
Zabrat yolunda səhər saatları nəqliyyatın hərəkəti niyə məhdudlaşdırılır? - AÇIQLAMA
Suraxanıda narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Xidmətinin sabiq idarə rəisinin işi məhkəməyə göndərildi
Zəngəzur dəhlizi Çindən Avropaya daşıma müddətini 12 günədək azalda bilər - Departament rəisi
Qəbələdə restoranın icarədarı və toy sahibi cərimələndi (FOTO)
İranda daha 3,5 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb
Koronavirusun növlərində müalicə eyni aparılmalıdırmı?
Bu il Azərbaycanda qeyri-neft ixracı rekord həddə çatacaq - Mikayıl Cabbarov
Ermənistanın Vətən müharibəsindən sonra imzalanan sənədləri yerinə yetirməsi vacibdir - Numan Kurtulmuş
Zaqatalada şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb edilib
Kartlara baxsanız görərsiniz ki, o, mənimlə nələr danışıb - Ata Abdullayev məhkəmədə
"AccessBank"da iş var
Baş dərisi üçün maye qaz pilinqi saç tökülməsi problemini həll etməyə kömək edəcək
Bakı limanının Ro-Ro terminalı ildə 6 milyon tondan çox yük aşırmaq gücünə malikdir
BƏƏ-də həftənin iş günləri yeni qaydada təşkil ediləcək
Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir - Taleh Ziyadov
Bələdçilərin sertifikatlaşdırılması ilə bağlı akkreditasiya attestatının təqdimat mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Xalq Bankdan növbəti premium kart - Visa Infinite
Aviabiletlərin qiyməti ilə bağlı təkliflər verilib, müzakirələr gedir (ÖZƏL)
Heydər Əliyev Mərkəzində “Avişai Koen trio”nun caz konserti keçirilib (FOTO/VİDEO)
Fuad Nağıyev quru sərhədlərinin açılmasından danışdı
2021-ci ilin yekunlarına əsasən Bakı limanında beş milyon tonadək yük aşırılması proqnozlaşdırılır (FOTO)
Səfərbərlik Xidmətinin vəzifəli şəxsinə hökm oxunub
NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir (FOTO)
Azərbaycan dilindəki Vikipediya məqalələrinin sayının artırılması, keyfiyyətinin yüksəldilməsi üçün hansı işlər görülür?
Füzulidə “İnnovasiya Festivalı” keçirilib (FOTO)
Narkotiki torpağa basdıran şəxs yaxalandı
Turizm bələdçilərinə sertifikatlar 3 il müddətinə veriləcək
Əlillərə illik sosial ödəniş xərcləri artıb
İndoneziyada vulkan püskürməsi nəticəsində 34 nəfər ölüb
Sürücülər görünməyən nişanlar, silinmiş xətlərə görə cərimələnməlidirmi?
Ermənistan Azərbaycana qarşı cinayətlərinə görə cavab verəcək - Bu gün Haaqada dinləmələr keçiriləcək
Son bir ayda 30 nəfər dəm qazından zəhərlənib
Şəhid ailələri və qazilərlə bağlı vergi güzəştləri bu kateqoriyadan olan insanlara diqqətin davamlı xarakter daşıdığını təsdiqləyir - Deputat
Bu il sürücülük hüququ olmadan avtomobil idarə edən 1300 nəfər saxlanılıb
Azərbaycanda turizm bələdçilərinin milli sertifikatlaşdırılmasına başlanılır
Maştağa qəsəbəsində 8 evdən oğurluq edən 3 nəfər saxlanılıb (FOTO/VİDEO)
Ötən ay minaya düşən şəxslərin vəziyyəti açıqlanıb (FOTO)
Quba-Qonaqkənd yolunun istifadəyə verilməsi bölgədə turizm imkanlarını genişləndirəcək (VİDEO)
Azərbaycan nefti bahalaşıb
Peyvənd orqanizmi qripdən 70 faiz qoruyur - Nazirlik
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (YENİLƏNİB) (FOTO/VİDEO)
Füzuli rayonunda silah-sursat aşkarlandı (VİDEO)
Jurnalistlərlə kobud rəftar edən DSX əməkdaşı cəzalandırılıb
Bakıda şagirdin məktəbdəkiləri bıçaqla hədələməsi ilə bağlı araşdırma aparılır
Ağdamın Keştazlı kəndi (VİDEO)
Abşeronda həyat yoldaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Türkiyədən Gürcüstana işləmək üçün gedənlərin sayı artıb
Kaspersky: Sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır
“Mercedes”in mühərrikini oğurlayan qardaşlar saxlanılıb
ABB Ağdamda ağacəkmə aksiyası keçirib
Fransada bina çöküb, dağıntılar altında qalanlar var
Bütün xəbərlər