...

Azərbaycan əraziləri Ermənistan ərazisindən atəşə tutulur - Hikmət Hacıyev

Siyasət Materials 11 Oktyabr 2020 14:56 (UTC +04:00)
Hikmət Hacıyev: Beynəlxaq təşkilatlar Ermənistanın barbar hərəkətlərinə adekvat cavab verməlidir
Azərbaycan əraziləri Ermənistan ərazisindən atəşə tutulur - Hikmət Hacıyev

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan hərb meydanında uduzmuş şəkildə Azərbaycanın mülki əhalisini atəşə tutur. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, beynəlxaq təşkilatlar Ermənistanın bu barbar hərəkətlərinə adekvat cavab verməlidir:

“Bu Ermənistan tərəfindən törədilən vandalizm, babarbarlıq əməlidir və Azərbaycan xalqına qarşı növbəti cinayət əməlidir. Burada bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan əraziləri Ermənistan ərazisindən atəşə tutulur. Bütün bunlar beynəlxalq qanunların kobudcasına pozulmasıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti