...

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə və Mingəçevir şəhərlərini atəşə tutublar (VİDEO)

Siyasət Materials 17 Oktyabr 2020 01:47 (UTC +04:00)
Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə və Mingəçevir şəhərlərini atəşə tutublar (VİDEO)

Bakı. Trend:

Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə və Mingəçevir şəhərlərini atəşə tutublar.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında deyib.

O bildirib ki, humanitar atəşkəsin arxasında gizlənən Ermənistan silahlı qüvvələri terror və hərbi cinayətlərini davam etdirir. Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Dağıntı və tələfat dəqiqləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti