...

İraq Media Şəbəkəsi AZƏRTAC-la anlaşma memorandumu imzalayacaq

Siyasət Materials 12 Noyabr 2020 19:37 (UTC +04:00)
İraq Media Şəbəkəsi AZƏRTAC-la anlaşma memorandumu imzalayacaq

Bakı. Trend:

İraq Media Şəbəkəsi (İMN) ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması üzərində iş aparılır. Hazırda memorandumun mətni razılaşdırılır.

Trend-in məlumatına görə, İraqın mötəbər informasiya mənbəyi olan İMN artıq Azərbaycan üzrə xüsusi müxbirini də təyin edib. Xüsusi müxbir Yara Mahmudun ilk reportajı şəbəkənin saytında yerləşdirilib. Reportajda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən və ordumuzun qələbəsindən bəhs edilir. Vurğulanır ki, 30 il işğal altında qalan Qarabağ nəhayət Azərbaycan Ordusu tərəfindən azad edilib. Bu şanlı qələbə Bakıda və digər şəhərlərdə xalq tərəfindən böyük coşqu və yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.

Müəllif diqqətə çatdırır ki, Prezident İlham Əliyev xalqın güclü dəstəyinə arxalanaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti