...

Mülki obyektlərə dəymiş ziyanın öyrənilməsi üçün dekabrın 10-a qədər vaxt qoyulub - İbrahim Məmmədov

Siyasət Materials 13 Noyabr 2020 18:47 (UTC +04:00)
Mülki obyektlərə dəymiş ziyanın öyrənilməsi üçün dekabrın 10-a qədər vaxt qoyulub - İbrahim Məmmədov

Bakı. Samir Əli - Trend:

Erməni təcavüzü nəticəsində Ağdam, Tərtər, Beyləqan, Goranboy, Gəncə, Bərdə və Ağcabədi rayonlarına dəymiş ziyanın qiymətləndirilməsi üzrə 11 işçi qrup yaradılıb. 2 ay müddətinə dəymiş ziyan müəyyənləşdiriləcək. Ziyanın öyrənilməsi üçün dekabrın 10-a qədər vaxt qoyulub.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, ASAN xidmətdə dekabrın 10-dək məlumat bazası yaradılacaq: "Hazırda yaşayış evləri və yardımçı tikililərə dəymiş ziyan dəqiqləşdirilir. Həmçinin, çoxmənzilli obyektlər, məscidlər, kilsələr, istehsalat obyektləri, ictimai iaşə obyektləri, tələf olmuş heyvanlarla bağlı dəqiqləşdirmələr aparılacaq. Müəyyənləşdirilən siyahı dövlət başçısına təqdim olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti