...

Ermənistan bu gün terrorçuların yuvasına çevrilib - Deputat

Siyasət Materials 15 Noyabr 2020 15:53 (UTC +04:00)
Ermənistan bu gün terrorçuların yuvasına çevrilib - Deputat

Bakı. Trend:

Qərb dairələrinin 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistan bu gün terrorçuların yuvasına çevrilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələrkən populist vədlərlə çıxış edirdi. Lakin hakimiyyəti dövründə ölkə sosial-iqtisadi problemlər məngənəsində boğulmaqda davam etdi:

"Həmçinin ölkədə demokratik azadlıqların məhdudlaşdırılması, fərqli siyasi fikirlərə görə təqiblər, deputatların həbsi və müharibədəki məğlubiyyəti xalqı ayağa qaldırdı. Nikol Paşinyan ictimaiyyətin gözündə düşən reytinqini qaldırmağın yolunu Azərbaycanla sərhəddə təxribat törətməkdə görürdü. Lakin bu cəhdi də uğursuzluqla nəticələndi və hakimiyyəti daha da sarsıldı.

Əslində isə bütün bu baş verənlər heç də təəccüblü deyil. Çünki Ermənistan hakimiyyəti hər zaman diktatura, irqi, milli, dini və siyasi azadlıqların təqib olunması ilə məşğul olub. Qərb dairələrinin 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistan bu gün terrorçuların yuvasına çevrilib. Ona görə də hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanda mövcud olan diktatura rejimi mahiyyət etibarilə dəyişməz olaraq qalır".

M.Cəfərov qeyd edib ki, Azərbaycan ordusunun real gücünü hesaba qatmayan Paşinyan Azərbaycanla sərhəddə təxribat törətdi:

"Xatırladım ki, 2016-cı ildə də analoji vəziyyət olmuşdu. Həmin hadisədən sonra Ermənistanın sabiq prezidenti Serj Sarkisyana ictimaiyyətin etimadı sarsıldı və bu onun hakimiyyətinin sonunu gətirdi. Paşinyan hakimiyyətinin sonunun gəlməsindən də danışmaq olar. Hələ aylar əvvəl Ermənistandakı müxalifət hakimiyyətin payızda dəyişiləcəyini bildirirdilər. Ermənistanda yeni təlatümlər istisna deyil. Xalq hərəkatı daha geniş vüsət alıb hakimiyyəti devirə bilər. Nikol Paşinyan yaxşı bilir ki, xarici himayədarlarına sığınmaqdan başqa çarə yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti