...

Türkiyənin Milli Müdafiə Nazirliyindən Milli Dirçəliş günü münasibətilə təbrik

Siyasət Materials 17 Noyabr 2020 18:00 (UTC +04:00)
Türkiyənin Milli Müdafiə Nazirliyindən Milli Dirçəliş günü münasibətilə təbrik

Bakı. Trend:

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Milli Dirçəliş günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrik Nazirliyin "Twitter" səhifəsində yer alıb.

Təbrikdə deyilir: "İşğal edilmiş torpaqları azad etmək üçün milli bir şüurla həmləyə keçən və Qarabağdakı hərəkatı zəfərlə başa çatdıraraq bütün dünyaya milli dirçəlişin, birlik və bərabərliyin gücünü göstərən Azərbaycan türkü qardaşlarımızın Milli Dirçəliş günü mübarək olsun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti