...

Azərbaycan qalib ölkədir – Türkiyə hökuməti

Siyasət Materials 1 Dekabr 2020 10:10 (UTC +04:00)
Azərbaycan qalib ölkədir – Türkiyə hökuməti

Bakı. Ceyhun Ələkbərov -Trend:

Azərbaycan qalib ölkədir və bu Türkiyəni həddən artıq sevindirir.

Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

“Bütün dünya 27 sentyabrdan Azərbaycanın Qazfaqazın güclü dövləti olduğuna, o cümlədən qardaş ölkənin diplomatiya siyasətini çox düzgün apardığına əmin oldu. Biz qardaş ölkə Azərbaycanı qələbə münasibəti ilə təbrik edirik. Məhz rəsmi Bakı Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın qarantdır”.

Türkiyə hökümətindən əlavə edilib ki, azad edilmiş Azərbaycan torpaqlarının çiçəklənmə vaxtı gəlib çatıb.

Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti