...

Çilinin “Infogate” agentliyi Qarabağ Zəfəri barədə AZƏRTAC-ın məqaləsini yayıb

Siyasət Materials 14 Dekabr 2020 19:27 (UTC +04:00)
Çilinin “Infogate” agentliyi Qarabağ Zəfəri barədə AZƏRTAC-ın məqaləsini yayıb

Bakı. Trend:

Çilinin “Infogate” xəbər agentliyində AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun publisistik düşüncələrindən ibarət “Qüdrətli sərkərdə və müdrik Prezident İlham Əliyev bizi qalib xalqa çevirdi, bölgədə yeni reallıqlar yaratdı” sərlövhəli məqaləsi dərc edilib.

Trend-in məlumatına görə, məqalədə Azərbaycan əsgərlərinin öz torpağında, ermənilərin isə özgə torpağında döyüşdükləri qeyd edilir və vurğulanır ki, bizim mənəvi üstünlüyümüz bundan ibarət idi. Bu 44 gün Qarabağın 30 illik qara taleyini dəyişdi, bir milyon insanın məcburi köçkün adını silib atdı. Bizi qalib xalqa çevirdi, bölgədə yeni reallıq yaratdı. Şanlı Ordumuza cəmi 44 gün kifayət etdi ki, düşmənin başını dəmir yumruğu ilə əzsin, 5 şəhər, 4 qəsəbə və 286 kənddə dövlət bayrağımızı ucaltsın, düşməni ağ bayraq qaldırmağa məcbur etsin.

Oxucuları Vətən müharibəsi, Qarabağ həqiqətləri barədə ətraflı şəkildə məlumatlandıran müəllif otuz il davam edən işğala və ədalətsizliyə 44 gündə son qoyulduğunu vurğulayaraq yazır: “Gücümüzü təkcə düşmən yox, bütün dünya gördü. Sözsüz ki, qalib Azərbaycan gündən-günə, ildən-ilə daha da güclənəcək. Müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı inamla qələbədən-qələbəyə aparacaq”.

Qeyd edək ki, Çilinin populyar “Infogate” xəbər saytı bir neçə ay əvvəl AZƏRTAC-a əməkdaşlıq və xəbər mübadiləsi barədə təklif ünvanlayıb. “Infogate”in bir çox ölkədə, o cümlədən Meksika, Argentina, ABŞ, Kolumbiya, Peru, Venesuela, Ekvador, Boliviya və İspaniyada da oxucuları var. Sayt, həmçinin Rusiyanın “Sputnik”, İspaniyanın “EuropaPress” və Fransanın RFI agentlikləri ilə əməkdaşlıq edir. Onun materialları yerli telekanallarda yayımlanır. Beş ildir Çilinin rəqəmsal mediasında yer alan və informasiya istehsalında fəal iştirak edən “Infogate”in xəbərlərinə “Twitter” sosial şəbəkəsində ayda orta hesabla 800 mindən çox baxış olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti