...

Azərbaycanda gələn il müdafiə və milli təhlükəsizlik üçün ayrılan vəsaitin məbləği açıqlanıb

Siyasət Materials 21 Dekabr 2020 12:37 (UTC +04:00)
Azərbaycanda gələn il müdafiə və milli təhlükəsizlik üçün ayrılan vəsaitin məbləği açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda 2021-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üçün ayrılan vəsaitin məbləği açıqlanıb.

Trend-in məlumatına görə, dövət büdcəsindən müdafiə və milli təhlükəsizlik üçün 4 585 806 638,0 manat vəsaitin ayrılması nəzərdə tutlur.

Bu vəsaitin 1 934 288 659,0 manatının müdafiə qüvvələri, 260 612 183,0 manatının milli təhlükəsizlik, 281 620 334,0 manatının sərhəd xidməti, 3 901 203,0 manatının müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 105 384 259,0 manatının isə müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün ayrılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti