...

Gürcüstanın Baş Naziri Prezident İlham Əliyevə zəng edib

Siyasət Materials 24 Dekabr 2020 21:26 (UTC +04:00)
Gürcüstanın Baş Naziri Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Dekabrın 24-də Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Gürcüstanın Baş naziri dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd edilərək əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti