Dövlət başçısının apardığı siyasət nəticəsində “Güclü dövlət” konsepsiyası reallaşdı - Politoloq

Dövlət başçısının apardığı siyasət nəticəsində “Güclü dövlət” konsepsiyası reallaşdı - Politoloq

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərin hər birinə çatmağa nail oldu. Dövlət başçısının apardığı məqsədyönlü, ardıcıl və qətiyyətli siyasət nəticəsində “Güclü dövlət” konsepsiyası reallaşdı. Bu mənada, cənab İlham Əliyev güclü Azərbaycan dövlətinin qurucusudur.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bilsirib ki, Prezident İlham Əliyev xalqımızın 30 illik torpaq həsrətinə son qoyaraq Azərbaycan xalqına tarixinin ən böyük sevincini bəxş etdi:

“200 ildir davam edən torpaq itkilərinin yaratdığı məğlubiyyət sindromu Ali Baş Komandanın sayəsində qırıldı və ilk dəfə torpaqlarımızın azadlığa qovuşmasının qürurunu və xoşbəxtliyini yaşamaqdayıq. Artıq xalqımızın bütün tarix boyu təntənə, iftixar və böyük məhəbbətlə qeyd edəcəyi Zəfər günü var. Həmin günün memarı heç tərəddüdsüz Prezident, Ali Baş Komandan İlham Əliyevdir.

44 günlük müharibədə qələbəmizi şərtləndirən amillər Prezident İlham Əliyev tərəfindən 17 ildir həyata keçirilən məqsədyönlü siyasətin nəticələrində ehtiva olunub. Həm hərbi potensialımız, həm siyasi-diplomatik müstəvidə əldə etdiyimiz nailiyyətlər, həm də informasiya məkanında qazandığımız uğurlar düşmənin hərtərəfli diş çökməsini təmin etdi.

10 noyabr kapitulyasiya aktı düşmənin acizliyini, zəifliyini və rüsvayçı məğlubiyyətini əyani şəkildə təsdiq etdi. Prezident İlham Əliyev 2 il əvvəl Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi Paradda demişdi ki, gün gələcək və işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda nümayiş olunacaq. Həmin gün yetişdi və 10 dekabr 2020-ci il tarixində Azadlıq meydanında keçirilən Zəfər paradında qalib ordunun döyüş bayraqları ilə təntənəli keçidinə şahidlik etdik”.

C.Əhmədli bildirib ki, düşməni təkcə döyüş meydanlarında məğlub etmədik, həm də elə bir informasiya siyasəti həyata keçirdik ki, düşmənin çirkli təbliğatının qarşısı alındı: “Cənab İlham Əliyev Azərbaycan xalqının ən böyük informasiya sərkərdəsi olaraq bütün platformalarda münaqişənin tarixi, siyasi və hüquqi əsasları ilə bağlı həqiqətləri dünya birliyinin diqqətinə çatdırdı. Dövlət başçımızın çıxış etdiyi elə bir kürsü yoxdur ki, orada Qarabağla bağlı həqiqətlər səslənməsin. Müharibə davam edərkən xarici KİV-ə verilən çoxsaylı müsahibələr Azərbaycan Prezidentinin informasiya-təbliğat işinə verdiyi əvəzolunmaz töhfələr kimi dəyərləndirilməlidir.
17 ildir aparılan məqsədyönlü siyasət münaqişənin hüquqi bazasını formalaşdırdı. Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ və ətraf işğal olunmuş əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdı. Erməni lobbisinin bütün cəhdləri uğursuz oldu. 90-cı illərin əvvəllərindəki vəziyyətdən fərqli olaraq, dünya ictimaiyyəti erməni yalanlarının girovuna çevrilmədi. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqq-ədalət mübarizəsi apardığı reallığı qəbul olundu. Beləliklə, 27 sentyabr tarixində ordumuzun başlatdığı uğurlu əks həmlə əməliyyatları beynəlxalq müstəvidə mənfi rezonans doğurmadı.

44 günlük müharibəni zəfərlə yekunlaşdırmağımız həm də onunla şərtlənirdi ki, Azərbaycan güclü və davamlı inkişaf edən iqtisadiyyata sahibdir. Prezident İlham Əliyev dəfələrlə ifadə edib ki, iqtisadi müstəqillik olmadan ölkə tam müstəqil siyasət apara bilməz. Bu tezisdən çıxış edilərək ötən 17 il ərzində Azərbaycan heç bir xarici mənbədən asılı olmayan güclü iqtisadiyyat qurmağa nail oldu. Əgər belə bir inkişaf strategiyası həyata keçirilməsəydi, iqtisadi baxımdan xarici mənbələrdən asılı olsaydıq, müharibənin gedişatında bizə qarşı məhz iqtisadi amillər üzərindən təzyiq və təhdidlər edilə bilərdi. Azərbaycanın praqmatik siyasi rəhbərliyi bütün bu ehtimalları əvvəlcədən nəzərə almışdı. Ona görə də düşmən və ona havadarlıq edən qüvvələr məhz bu istiqamət üzrə Azərbaycana qarşı təzyiq rıçaqlarından məhrum oldular”.

Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Türkiyədən Azərbaycana polad ixracı artıb
Türkiyədən Azərbaycana polad ixracı artıb
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Loading Bars
Xəbər lenti
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Əfqanıstanda silahlılar hücum törədib, ölənlər var
A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir
Füzuli rayonunun Qarakollu kəndi (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb
Xızıda "VAZ" qarlı yolda qaldı, xilasedicilər 2 nəfər köməklik göstərib (VİDEO)
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
Paraqvay prezidenti etirazlar fonunda bütün nazirlərdən istefa vermələrini istədi
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır
Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdləri üçün buraxılış imtahanı keçirilir
"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb
Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bütün xəbərlər