...

Ermənistan götürdüyü öhdəlikləri yenə kobud şəkildə pozur - Politoloq

Siyasət Materials 6 Yanvar 2021 14:44 (UTC +04:00)
Ermənistan götürdüyü öhdəlikləri yenə kobud şəkildə pozur - Politoloq

Bakı. Elçin Mehdiyev - Trend:

10 noyabr tarixində Rusiya və Azərbaycan prezidentləri və Ermənistan baş naziri arasında üçtərəfli bəyanat imzalandı. Bundan sonrakı mərhələdə hərbi əməliyyatların dayandırılması, bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması müəyyənləşdirildi. Bu çərçivəyə tamamilə zidd olaraq, eyni zamanda gərginliyi alovlandırmaq cəhdi göstərərək Ermənistan növbəti təxribata əl atır. Belə ki, Ermənistan hökuməti üzərinə götürdüyü öhdəlikləri pozur və Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə səfər edir.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirir, hətta bununla kifayətlənmir “sənədlər” imzalayır:

“Bu tamamilə qanuna zidd bir hərəkətdir. Aydın məsələdir ki, Ermənistan bu kimi əməllərə əl atmaqla hər şeydən öncə daxili auditoriyaya oynanılan növbəti düşünülmüş addımlardan birini edir. Bu isə bölgədə vəziyyətin normallaşmasına, sülh və təhlükəsizliyin təmin olunmasına kölgə salır və əngəl yaradır. Düşünürəm ki, Ermənistan rəsmiləri daha öncə etdikləri səhvləri təkrarlamamalı, bölgədə yaranmış yeni reallığı artıq qəbul etməlidirlər.

Bundan sonrakı mərhələdə Ermənistan üçün ən optimal variant bölgədə yaranmış yeni təhlükəsizlik formatını qəbul etmək, yeni əməkdaşlıq imkanlarından faydalanmaqdır. Yalnız belə olan halda sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti