...

Şuşada tikiləcək məktəbin layihəsi qısa zamanda tam hazır olacaq - MHP sədrinin müavini

Siyasət Materials 2 Fevral 2021 15:31 (UTC +04:00)
Şuşada tikiləcək məktəbin layihəsi qısa zamanda tam hazır olacaq - MHP sədrinin müavini

Bakı. Elçin Mehdiyev – Trend:

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) tərəfindən Şuşada tikiləcək məktəbin layihəsi ən qısa zamanda tam hazır olacaq.

Trend-in məlumatına görə, bunu Bakəda səfərdə olan MHP Sədrinin müavini Mevlüt Karakaya mətbuat üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, hazırda məktəbin layihəsi üzərində işlər davam etdirilir: “Bu gün Bakıda bir neçə məktəbi gəzdik. Təhsil naziri ilə görüşümüz zamanı müəyyən qeydlər apardıq. Bu qeydləri məktəbin layihələndirilməsi zamanı nəzərə alacağıq. Məktəbin layihəsi ən qısa zamanda hazır olacaq. Şuşanın atmosferinə uyğun bir şəkildə məktəb tikiləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti