...

Hər hansı məmurun azad olunmuş ərazilərin bərpası ilə bağlı özbaşına bəyanatı yolverilməzdir - Deputat

Siyasət Materials 2 Fevral 2021 17:30 (UTC +04:00)
Hər hansı məmurun azad olunmuş ərazilərin bərpası ilə bağlı özbaşına bəyanatı yolverilməzdir - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə nəticəsində ərazilərinin işğalına son qoydu və ərazi bütövlüyünü təmin etdi. İndi isə qarşıda duran əsas vəzifə həmin ərazilərin bərpası və yenidən qurulmasıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti həmin ərazilərin bərpa edilməsinə xüsusi önəm verir və bu istiqamətdə işlərə artıq başlanılıb və infrastrukturun bərpası istiqamətində fəal işlər aparır:

“Həmin ərazilərdə bərpa işləri cənab Prezidentin xüsusi diqqət mərkəzindədir. O ərazilər bizim üçün böyük önəm daşıyır. Eyni zamanda həmin ərazilərin bərpası dövlətimiz tərəfindən müəyyən edilən ardıcıllıqla həyata keçirilməlidir. Dövlət başçısı öz çıxışında bu məsələyə dəfələrlə toxunub. İşğaldan azad edilmi ərazilər ilk növbədə minalardan təmizlənməlidir. Daha sonra düşmənin 30 ildir torpaqlarımıza vurduğu ziyan araşdırılıb qiymətləndirilməsi aparılmalıdır. Yalnız bundan sonra həmin ərazilərdə infrastruktur layihələrinin icra edilməsi, sosial obyektlərin tikilməsinə və yaşayış üçün şərait yaradılması, evlərin tikilməsinı başlanıla bilər.

Eyni zamanda, cənab Prezident İlham Əliyev azad olunmuş ərazilərdə xüsusi nümayəndə institutu vasitəsilə mülki idarəetmə formasını da yaradaıb və artıq Şuşaya xüsusi nümayəndə təyin edib”.

Deputat qeyd edib ki, azad edilmiş torpaqların bərpası ilə bağlı Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir: “Qeyd etdiyim kimi bu məsələ dövlətin xüsusi nəzarəti altındadır və orada görüləcək işlər ən yüksək səviyyədə razılaşdırılır. Ona görə də bütün təkliflər, təşəbbüslər ora göndərilməlidir. Lakin əfsuslar olsun ki, bəzi dövlət qurumları, məmurlar bu cür razılaşdırılma olmadan hansısa bəyanat yayaırlar, hansısa qurumun azad edilmiş ərazilərdə nümayəndəliyinin yaradılacağı ilə bağlı məlumat yayırlar. Əlbəttə ki, bu cür hallar cəmiyyətdə çaşqınlığa və haqlı narazılığa əbəb olur.

Məmurlar bu məsələdə diqqətli olmalıdır, razılaşdırılmadan bu cür həssas məsələ ilə bağlı açıqlama verməkdən və ya bəyanat yaymaqdan çəkinməlidirlər. Dövlət başçısı ötən gün AzTv-yə müsahibəsində bu məsələyə toxundu və məmurlara xəbərdalıq etdi. Hesab edirəm ki, hər kəs bu xəbərdrlıqdan nəticə çıxarmalı və bu cür bəyanatlar verməməlidirlər”.

Xəbər lenti

Xəbər lenti