...

Türkiyə və Macarıstan müdafiə nazirləri Qarabağı müzakirə edib (FOTO)

Siyasət Materials 3 Fevral 2021 18:06 (UTC +04:00)
Türkiyə və Macarıstan müdafiə nazirləri Qarabağı müzakirə edib (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Macarıstanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar macar həmkarı Qarabağ məsələsini müzakirə edib.

Trend bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat verir.

H.Akar danışıqlar zamanı ikitərəfli və regional əməkdaşlığın bir çox sahələri barədə müzakirələrin olduğunu deyib:

"Hər zaman əsl dost və müttəfiq kimi gördüuyümüz Macarıstanla müdafiə və təhlükəsizliklə sahələrində çox böyük irəliləyişə nail olacağımıza ümid edirəm. Biz bu gün ikitərəfli münasibətlərlər yanaşı Balkanlar, Azərbaycan, Liviya, Əfqanıstan kimi məsələləri müzakirə etdik".

Türkiyəli nazir sonda macarıstanlı həmkarını Türkiyəyə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti