II Qarabağ Müharibəsi: Ermənistanın cinayətləri və bölgədəki son vəziyyət - Fransanın "Lagazetteaz.fr" qəzeti

II Qarabağ Müharibəsi: Ermənistanın cinayətləri və bölgədəki son vəziyyət - Fransanın "Lagazetteaz.fr" qəzeti

Bakı. Trend:

Fransanın "Lagazetteaz.fr" qəzetində "II Qarabağ Müharibəsi: Ermənistanın cinayətləri və bölgədəki son vəziyyət" mövzusunda məqalə dərc olunub.

Trend-in məlumatına görə, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı zəfərlə ərazilərinin işğalına son qoyduğu vurğulanıb.

Bu müharibəyə qədər də Ermənistanın bir çox cinayətləri var idi, Azərbaycan daim bu cinayətləri bütün dünyaya göstərirdi. II Qarabağ Müharibəsində isə Ermənistan ən qabarıq formada faşist mahiyyətini üzə çıxdı. Dinc sakinlər hədəf alındı, evlərə, mülki obyektlərə zərər vuruldu.

Ermənistanın müharibə cinayətlərindən biri də xarici ölkə vətəndaşlarının, muzdluların, terrorçuların cəlb olunaraq müharibədə istifadə olunması oldu. Fransa, Kanada və digər ölkələrin vətəndaşlarının Qarabağda Ermənistan tərəfindən döyüşməsilə bağlı faktlar ortaya çıxdı.

Belə ki, Fransa vətəndaşları- Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs); "Zouaves Paris" ekstremist qrupunun lideri Mark de Kakkerey – Valmenir; Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarus vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlumdur. Bu faktlarla bağlı cinayət işləri də başlanılıb.

Məşhur fransalı tədqiqatçı Sebastien Bussua Fransanın "Lagazetteaz.fr" qəzetinə müsahibəsində bildirir ki, Fransadan gəlmiş bəzi şəxslər Qarabağda bir çox cinayət əməlləri törədib:

"Fiche S" siyahısında adı yer alan 10-dan çox fransalı Ermənistan Ordusuna qoşulmaq üçün Fransadan yola düşüb. Bu, qeyri-qanunidir, çünki rəsmi Paris tərəfindən nizami bir ordunun tərkibində ikili vətəndaşlığı olanlara şamil olunan hüququn bununla heç bir əlaqəsi yoxdur. Qarabağa döyüşmək üçün gedənlər arasında Ermənistana böyük simpatiyası olan Fransa vətəndaşları da olub. Bu, artıq böyük bir problemdir və qeyri-qanuni bir haldır, çünki döyüşlərə qatılmış həmin şəxslər artıq zorakılığa əl atmaq, silahdan istifadə etmək kimi hallara vərdiş etmiş şəxslərdir".

"Onlar Fransa ərazisinə qayıtdıqdan sonra, sanki heç nə olmamış kimi fəaliyyət göstərəcəkmi?"

Fransalı tədqiqatçı qeyd edir ki, bu səbəbdən, artıq onlar barəsində ilkin istintaq başlayıb. Onların Ermənistandan qayıdarkən Fransa sərhədlərində saxlanılaraq sorğu-sual edilməsi, istintaq tədbirlərindən asılı olaraq, törədə biləcəkləri və ya artıq törətmiş olduqları cinayət əməllərini aşkar etmək, həmçinin onların terrorizmi təbliğ etmələrini müəyyənləşdirmək və o şəxslərə qarşı hansı cəzaların tətbiq olunacağını müəyyənləşdirmək üçün tədbirlər görülür:

"Hesab edirəm ki, Ermənistan müharibəni uduzduğu üçün Qarabağa yollanmış şəxslər tərəfindən Fransa ərazisindəki müsəlmanlara qarşı da qisas almaq riskləri ola yaxud kəskin etirazlar törədilə bilər".

"Fransada çox böyük olan erməni diasporasının təzyiqi var"

Radio Fransın repartyoru Valeri Krova isə Fransanın "Lagazetteaz.fr" qəzetinə müsahibəsində Azərbaycanın azad olunmuş ərazilərinə səfəri barəsində də danışıb: "Bizi əsas maraqlandıran azad olunmuş ərazilərə ayaq basmaq idi. Ağdam və Zəngilanın hansı vəziyyətə düşdüyünü gedib öz gözlərimizlə gördük. Mən şəxsən düşünürəm ki, bu, dini köklərə əsaslanan bir münaqişə deyil, əsasən torpaq uğrunda aparılan bir münaqişədir".

Ermənilərin təsiri ilə Fransanın Dağlıq-Qarabağ məsələsi ilə əlaqədar Ermənistanın tərəfini tutmasına gəldikdə fransız reportyor vurğulayıb ki, əslində, Senat və Milli Assambleya noyabr ayının sonları və dekabr ayının əvvəlləri Dağlıq-Qarabağın Azərbaycandan ayrı müstəqil bir region olaraq tanınmasını tələb edən bir təklifi səsə qoymuşdular. Bəlkə də Fransada çox böyük olan erməni diasporasının təzyiqi altında bu baş verdi. Bu reallıqdır. Lakin Fransa Xarici İşlər Naziri, Jan-İv Lö Drian bu təklifə qarşı əks mövqe sərgilədi. Beləliklə, demək olar ki, Dağlıq-Qarabağın tanınmasına qarşı dövlət səviyyəsində əks mövqe ifadə olundu".

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi sabitliyi təmin etməklə yanaşı, sosial-iqtisadi inkişafa da imkan yaradacaq

Rusiyalı politoloq Tatyana Poloskova isə Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə toxunub. Bildirib ki, bu mərkəz təkcə hərbi baxımdan sabitliyi təmin etməyəcək, həm də sosial-iqtisadi sahənin inkişafına imkan yaradacaq.

Onun sözlərinə görə, bir çox rusiyalı ekspertin də vurğuladığı kimi Monitorinq mərkəzi sabitliyin əsasıdır. Politoloq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Qarabağda Moskva ilə Ankaranın əməkdaşlığı barədə açıqlamalarına da toxunub:

"İlk növbədə mən Medvedevin o fikri ilə razıyam ki, biz indi Rusiya ilə Türkiyə arasında məhsuldar dialoqu müşahidə edirik. Türkiyə Rusiyanın regionda vacib tərəfdaşı kimi qəbul edilib. Ümid edirəm ki, Rusiyada bu prosesə fəal şəkildə qoşulacaq".

"Biz tezliklə Qarabağda yeni iqtisadi möcüzənin şahidi olacağıq"

Ukraynalı ekspert Aleksandr Merejko azad edilən ərazilərin sahib olduğu potensial barədə danışarkən bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi bərpası bütün ölkə iqtisadiyyatının inkişafına təkan verəcək: "Amma bundan əvvəl Azərbaycan işğal müddətində dağıdılmış regionun bərpası üçün çoxlu investisiya qoymalıdır. Buna baxmayaraq, mən əminəm ki, tezliklə biz regionun iqtisadiyyatı və mədəniyyətinin sürətli bərpası ilə bağlı yeni iqtisadi möcüzənin şahidi olacağıq".

Ekspert qeyd edib ki, Azərbaycan digər ölkələrlə qarşıdurmaya deyil, dinc əməkdaşlığa can atır: "Azərbaycan digər dövlətlərin və xalqların hüquqlarına hörmət edir, onlarla qarşılıqlı səmərəli əməkdaşlıq etməyə və dinc münasibətlər yaratmağa çalışır".

Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Avropa Şurası Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin mandatını uzadıb
Avropa Şurası Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin mandatını uzadıb
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
Loading Bars
Xəbər lenti
Ermənilər elə təəssürat yaratmağa çalışırdılar ki, guya Xocalı faciəsini azərbaycanlılar törədib - Alim
Bakıda iki minik avtomobili toqquşub
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Azərbaycan Avrasiyada miqyasına görə üçüncü qaz hasilatçısına çevriləcək - Hesabat
BMT TŞ vaksinasiya ilə bağlı qətnamə qəbul edib
Avropa Şurası Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin mandatını uzadıb
Ankaranın Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
Xocalı faciəsinin səbəblərini və günahkarlarını araşdırmaq lazımdır - Rusiyalı politoloq
Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!” (FOTO)
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın enerji sektorunda 2 layihə reallaşdırır
Polkovnik Elxan İbrahimov öz vəzifəsindədir - Müdafiə Nazirliyi
Yalnız sıx əməkdaşlıq Cənubi Qafqaz regionunun demilitarizasiyasına xidmət edə bilər - Komitə sədri
MDU-nun tələbələri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib (FOTO)
Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşib
Azərbaycan könüllüləri dünyanı Xocalı soyqırımına səssiz qalmamağa çağırıb (FOTO)
Bu il sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək
Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü - Arzu Nağıyev (VİDEO)
AXC-Müsavat cütlüyü hərbi qüvvələri öz məkrli məqsədləri üçün istifadə edirdi - Deputat
Azərbaycan Prezidenti: Bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar
Kişinyov şəhərində Xocalı soyqırımının qurbanları yad edilib
Prezident İlham Əliyev: Rusiya və Azərbaycan dost ölkələrdir
Alman alim Xocalı qətliamından yazıb
Prezident İlham Əliyev: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
Azərbaycan Prezidenti: Monitorinq Mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək
Prezident İlham Əliyev: Xocalı soyqırımı törədiləndə dünya susmuşdu
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO)
Şuşada Xocalı qurbanları yad edilib (VİDEO)
Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
Ədliyyə orqanlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
İordaniyada Xocalı soyqırımı ilə əlaqədar anım gecəsi keçirilib (FOTO)
“Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Rektor Şahin Bayramov Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı açıqlama verib
Xocalı soyqırımı - insanlığa qarşı amansız terror!
Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib
Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət etdi (FOTO)
Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb
Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olundu
Ermənilər hamilə əmim qızını öldürdülər - Faciədə hər iki valideynini itirən Xocalı şahidi
ADU-nun Tərcümə fakültəsində “Xocalı soyqırımından Qarabağ zəfərinə” adlı tədbir keçirilib
"ADY Container" MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
Qazaxıstan və Azərbaycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Azərbaycan Prezidenti: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib (FOTO)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO)
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azercell ilə TikTok indi daha əlçatandır!
Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub (FOTO)
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev: Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xocalı həqiqətləri Avropanın nüfuzlu media orqanında
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır - Mariya Zaxarova
Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir - Deputat
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO/VİDEO)
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib (FOTO)
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirə qatılıb
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert
Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
Portuqalıya kinoşirkəti “STORY of KHOJALI” adlı film ekranlaşdırıb (VİDEO)
Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb
Srebrenitsa anaları Ağdamda olublar (FOTO)
Əfv komissiyası hansı müraciətlərə baxıb?
Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb (FOTO)
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb (FOTO/VİDEO)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)
ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib (FOTO)
Prezident İlham Əliyev 4 saatdan çox davam edən konfransda 50-yə yaxın sualı cavablanıdırb
Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
Prezident İlham Əliyevin bir neçə dildə danışması xarici jurnalistləri təəccübləndirib: Rekorda imza atdınız (VİDEO)
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Seulda silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib (FOTO)
Xocalıda cinayətlərin törədilməsində günahkar olan hər kəs ədalətli cəzasını almalıdır - Ukraynalı ekspert
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib (FOTO)
Vətəndaşlar "Ana harayı" abidəsini ziyarət edirlər (FOTOREPORTAJ)
İranda ötən sutkada 69 nəfər koronavirusdan ölüb
Bütün xəbərlər