...

Qarabağ müharibəsini təkcə Rusiyada deyil, həm də ABŞ, İsrail və NATO-da öyrənirlər - Korotçenko

Siyasət Materials 11 Fevral 2021 14:12 (UTC +04:00)
Qarabağ müharibəsini təkcə Rusiyada deyil, həm də ABŞ, İsrail və NATO-da öyrənirlər - Korotçenko

Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

Qarabağ müharibəsini bu gün təkcə Rusiyada deyil, həm də ABŞ, İsrail və NATO-nun mənzil-qərargahında öyrənirlər. Azərbaycanın hərbi səviyyəsi diqqətlə tədqiq edilir.

Trend-in məlumatına görə, bunu rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko Bakıda ziyalı və jurnalistlərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün geosiyasi hərbi qələbəsi ilə bütün dünyada tanınıb:

"Prezident İlham Əliyev öz ölkəsinin ərazi bütövlüyünü təmin etdi və növbəti dəfə beynəlxalq miqyaslı siyasətçi olduğunu sübut etdi".

İ.Korotçnko qeyd edib ki, 44 gün davam etmiş müharibə dünya hərb tarixində tamamilə yeni səhifədir:

"Pilotsuz uçuş aparatlarının bu cür miqyasda istifadəsi misilsizdir və əvvəl heç bir ölkə bunu tətbiq etməyib. Azərbaycan düzgün döyüş taktikası seçməklə, hərbi əməliyyatları elə təşkil etdi ki, Ermənistanı Azərbaycanın şərtləri ilə kapitulyasiya sənədini imzalamağa vadar etdi. Rusiyanın iştirakı ilə tərtib olunmuş üçtərəfli sazişdən sonra üç rayonun ərazisi döyüşsüz azad edildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti