...

Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir - Deputat

Siyasət Materials 22 Fevral 2021 12:45 (UTC +04:00)
Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

10 noyabrda imzalanmış üçtərəfli bəyanat regionda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsinə hesablanıb. Azərbaycan bu bəyanata uyğun olaraq hərbi əməliyyatlarını dayndırıb, növbəti mərhələnin isə dinc şəkildə icra olunması üçün əlindən gələni edir. Qarşı tərəf isə üçtərəfli bəyanatın icrasını müəyyən qaydada təmin etsə də özlərinin cinayətkar əməllərindən əl çəkmir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, tərəflər bütün məsələlərin sülh danışıqları masası arxasında həll olunmasına razılaşsa da Ermənistan işğaldan azad olunmuş torpaqlarımızda minalanmıs ərazilərin xəritəsini təqdim etmir:

“Beynəlxalq konvensiyalara uyğun olaraq belə bir məsələnin həll etməməsindən dinc insanların ölməsi və xəsarət alması hərbi cinayətdir. Minalanmış ərazilərin əhatə dairəsi çox genişdir və bu ərazilərin minalanması erməni hərbiçiləri tərəfindən 30 il ərzində aparılıb. Təbii ki, minalanmış hər bir ərazinin xəritəsi mövcuddur. Əgər xəritə mövcud olmasaydı bu illər ərzində ermənilərin də minaya düşməsi halları baş verərdi. Əgər baş verməyibsə, bu onlarda haralar minalandığı barəsində dəqiq sxemlərin olmasından irəli gəlib.

Məhz minalanmış ərazilərin xəritələrinin bizə verilməməsi, işğaldan azad olunmuş ərazilərimizdə hərbi və mülki insanların minaya düşməsinə və sağlamlıqlarının itirilməsinə səbəb olur. Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir və bir gün gələcək ermənilər bunun da cavabını verəcək. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar bütün bu cinayətləri görür və təəssüf ki, üstündən susqunluqla keçir. Sülh şəraitində insanların minaya düşərək həlak olması insanlığa qarşı növbəti hərbi cinayətlərdir.

Bizim müvafiq strukturlar belə cinayət hallarını sənədləşdirərək beynəlxalq təşkilatlara, ermənilərə havadarlıq edənlərə göndərməli və ermənilər minalanmış ərazilərin xəritələrinin verilməsi üçün məcbur edilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti