...

Pakistanla hərbi əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına təkan verəcək - Ekspert

Siyasət Materials 4 Mart 2021 20:30 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Pakistanın ordu quruculuğuna yanaşması və orduya qarşı göstərdiyi diqqət çox yüksək səviyyədədir və Azərbaycanın bu ölkə ilə müdafiə sahəsində əməkdaşlığı Silahlı Qüvvələrimizin daha da inkişaf etməsinə təkan verəcək.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmamquliyev deyib. Onun sözlərinə görə, Azərbaycanın Türkiyə və eyni zamanda, Pakistanla hərbi təlimlərdə iştirak etməsi yükəsk qiymətləndirilir: “Türkiyə və Pakistan bu gün çox praktik orduya sahibdir. Bu ordular regionda və dünyada bir çox münaqişəli yerlərdə aktiv iştirak edir, antiterror əməliyyatları həyata keçirir. Hələ 2004-cü ildə Pakistanda təhsil aldığım müddətdə o ölkənin nə dərəcədə yüksək səviyyəli hərbi sənayeyə malik olduğunun şahidi olmuşam. Üzərindən 17 il keçib və Pakistan daim bu sahədə inkişaf edib. Bu gün onlar əvvəlkindən qat-qat daha güclü və qüdrətlidirlər. Azərbaycanın da bu ölkə ilə hərbi tərəfdən əlaqəsi, birgə təlimlərin keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin inkişafına təkan verəcək”.

R.İmamquliyev qeyd edib ki, Azərbaycanın Pakistanla bu günə kimi də sıx əlaqələri olub və bundan sonra bu əlaqələr daha da genişləndiriləcək: “Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir və illər boyu bizim bu dost ölkə ilə münəsibətlərimiz yüksək səviyyədə olub. 44 günlük Vətən müharibəsində də Pakistan bizə siyası və mənəvi dəstəyini əsirgəmədi. Türkiyə, Pakistan və Azərbaycanın üçtərəfli münasibətlərində diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycan hər hansısa bir ölkə ilə deyil, eyni anda iki ölkə ilə ortaq müdaifə sənayesinin inkişafı ilə məşğul olacaq. Azərbaycanın döyüşlərdə əldə etdiyi uğur yeni bir mərhələyə inteqrasiya etməyinə şərait yaratdı. Bildiyimiz kimi, müdafiə sənayesinin inkişaf etdirilməsi də artıq bizim iqtisadiyyatımıza töhfə verəcək. Mən düşünürəm ki, növbəti mərhələdə biz döyüşə girməkdən ziyadə, müdafiə sənayəmizi inkişaf etdirərək öz qüdrətimizi regionda göstərəcəyik. Bu motivdən baxsaq, üçtərəfli müqavilənin imzalanması ciddi önəm daşımaqdadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti