...

Haqq səsimizin dünyaya çatdırılmasında media böyük önəmə sahibdir - Türkiyə səfiri

Siyasət Materials 24 May 2021 16:28 (UTC +04:00)
Haqq səsimizin dünyaya çatdırılmasında media böyük önəmə sahibdir - Türkiyə səfiri

Bakı. Elçin Mehdiyev – Trend:

Haqq səsimizin dünyaya çatdırılmasında media böyük önəmə sahibdir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u ilə birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.

Səfir bildirib ki, Qarabağda gedən mücadilə zamanı həqiqətlərin dünyaya çatdırılmasında media mühüm rol oynadı.

C.Bağçı vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında inanılmaz bir qardaşlıq var: “Qarabağ zəfərində Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, “bir millət, iki dövlət” vurğusu daha da önə çıxdı. Biz bundan sonra bu qardaşlığı, münasibətləri inkişaf etdirməliyik və media da burada ən önəmli bir vasitədir. Trend İnformasiya Agentliyi və “Albayrak Media Group”u tərəfindən yaradılan bu platforma böyük əhəmiyyətə malikdir. Siz birlikdə gözəl bir iş görürsünüz və bu, inkişafımız üçün yol xəritəsinə mühüm töhfə verəcək. Biz də bu istiqamətdə sizə dəstək göstərməyə hazırıq. Sizi bu münasibətlə təbrik edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti