...

Azərbaycan Aİ-nin güclü tərəfdaşıdır - Avrokomissarın ölkəmizə səfəri ikitərəfli əlaqələri daha da möhkəmləndirdi

Siyasət Materials 9 İyul 2021 21:02 (UTC +04:00)
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən əsas məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından olan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əlaqələrdir. Hazırda ölkəmiz Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının fəal iştirakçılarından biridir. Eyni zamanda, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır. Azərbaycan və Aİ son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər.

Avrokomissar: Azərbaycan pandemiya ilə uğurla mübarizə aparır

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelinin bu həftə ölkəmizə səfəri və baş tutan müzakirələrdə səsləndirilən fikirlər bir daha bu əlaqələrin qarşılıqlı və strateji əhəmiyyətini vurğulamış oldu.

Aİ pandemiyadan sonra

Varheli Azərbaycana səfərinin sonu ilə əlaqədar məqalə ilə də çıxış edib. Avropa Komissiyasının rəsmi saytında dərc olunan həmin məqalədə bir sıra mühüm məqamlardan bəhs edilib. Məqalədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək əzmi vurğulanıb, Azərbaycanın oynadığı rola və əhəmiyyətinə yüksək qiymət verilib. Azərbaycanın ən çiçəklənən ölkə olması, pandrmiya ilə uğurla mübarizə aparması və pandemiyanın iqtisadiyyata ciddi mənfi təsirinə məruz qalmaması kimi məqamlara toxunulub. Eyni zamanda, Xəzər dənizi ilə Qara dəniz arasında əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın böyük önəmi qeyd edilib.

Azərbaycan Aİ-nin güclü tərəfdaşıdır

Azərbaycan enerji sahəsində Aİ-nin güclü tərəfdaşıdır - Avrokomissar

Azərbaycan enerji sahəsində Aİ-nin güclü tərəfdaşıdır - Avrokomissar

Oliver Varheli Azərbaycanın iqtisadi gücü və maliyyə imkanlarını xüsusi qeyd edərək Azərbaycanla əlaqələrin inkişafı məsələlərini Aİ-nin maliyyə yardımı nöqteyi-nəzərindən deyil, məhz əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi prizmasından qiymətləndirir, buna görə də Aİ-nin Azərbaycana tam fərqli münasibət nümayiş etdirdiyini vurğulayır. O, həmçinin Azərbaycanın nəqliyyat-tranzit infrastrukturunu yüksək qiymətləndirir, ticarət marşrutlarının diversifikasiyası və optimallaşdırılmasında ölkəmizin mühüm əhəmiyyətini xüsusilə vurğulayır.
Ümumiyyətlə, Avropa İttifaqı komissarının müharibənin nəticələrinin tam qəbul edildiyinə istiqamətlənmiş "postkonflikt" mərhələdən danışması, Aİ-nin müharibənin nəticələrinin aradan qaldırılması və regionda uzunmüddətli sülhün yaranması istiqamətində işləməyə hazır olmasını bəyan etməsi ölkəmiz üçün ciddi əhəmiyyət kəsb edir.

Azerbaijani Army enters Agdam, in compliance with Karabakh agreement, and Armenian Defence Minister resigns | Atalayar - Las claves del mundo en tus manos

Beləliklə, avrokomissarın bu səfərindən çıxan əsas nticə budur ki, Azərbaycan Aİ-nin güclü tərəfdaşıdır. Digər tərəfdən, regionun aparıcı ölkəsi kimi bölgənin postpandemiya dövründə bərpası və inkişafı məsələlərinin məhz Azərbaycanla müzakirə edilməsi də xüsusilə diqqət çəkir.

Xatırladaq ki, Avropa İttifaqının (Aİ) Azərbaycanla ikitərəfli münasibətləri 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində imzalanmış və 1 iyul 1999-cu ildən qüvvəyə minən Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə (TƏS) əsaslanır. TƏS sənədi Aİ ilə, hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlığın formatını müəyyən etməklə münasibətlərin hüquqi əsasını təşkil edir. 10 il müddətinə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin icra müddəti 2009-cu ildə bitdiyi üçün onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.

Azərbaycan-Aİ enerji əməkdaşlığı: Avropa ölkələrinə 10 milyard kubmetr qaz nəql ediləcək

2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu isə müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoymuşdur. Sözügedən Memorandum 4 əməkdaşlıq sahəsini müəyyənləşdirmişdir: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi.

Cənub Qaz Dəhlizi Azərbaycanın növbəti böyük tarixi qələbəsi olacaq – Caspian Barrel

Azərbaycan-Aİ enerji əməkdaşlığı sadəcə Anlaşma Memorandumu ilə məhdudlaşmır. 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhərində Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalamışdır. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynaya biləcək strateji təşəbbüsdür.

Nəticə etibarı ilə Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Nəhəng Şah Dəniz-2 yatağı ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr Avropa ölkələrinə isə 10 milyard kubmetr qaz nəql edəcək.

Elgün Mənsimov

Twitter: @Elgun_Mensimov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti