...

Diplomatların azad edilmiş ərazilərə səfəri erməni yalanlarının ifşası baxımından çox əhəmiyyətlidir

Siyasət Materials 13 İyul 2021 15:34 (UTC +04:00)
Diplomatların azad edilmiş ərazilərə səfəri erməni yalanlarının ifşası baxımından çox əhəmiyyətlidir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkil olunması bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşası baxımından mühüm əhəmiyyətə malikdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni diplomatik müstəvidə də davam etdirir: “Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil edilməsi çox uğurlu addımdır və erməni yalanlarının ifşa olunmasında mühüm rol oynayır.

44 günlük müharibədən əvvəlki dövrə qədər ermənilər ərazilərimizdə törətdikləri vəhşilikləri gizlədərək dünya ictimaiyyətini aldadırdılar. Lakin şanlı ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdikdən sonra ermənilərin ərazilərimizdə törətdikləri vəhşilikləri gizlətmək imkanını itirdilər və indi onların 30 il ərzində etdikləri qeyri-insanı əməllər bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Artıq diplomatik korpusun Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam rayonlarına və Şuşa şəhərinə səfərləri təşkil olunub və xarici ölkə diplomatları erməni vəhşiliklərini öz gözləri ilə görürlər. Bu günlərdə Şuşaya təşikl edilən səfərdə xeyli diplomat iştirak edib.

Belə ki, Şuşa şəhərinə səfərdə Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak diblər. Bu qədər çox sayda diplomatın səfərdə iştirak etməsi eyni zamanda Azərbaycanın diplomatik uğuru və beynəlxalq aləmdə ölkəmizə verilən böyük əhəmiyyətin göstəricisidir.

Diplomatlar erməni vəhşiliklərini görməklə yanaşı, Azərbaycan tərəfindən qısa dövrdə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılmasının da şahidi olurlar və görürlər ki, bütün bu ərazilər ermənilər üçün yad olub. Ona görə də işğal dövründə ermənilər yalnız talanla məşğul olublar”.

A.Həsənova əlavə edib ki, ermənilər həmin səfərlərdə iştirak edən və həqiqətləri söyləyən bəzi diplomatlara, o cümlədən Ukraynanın Azərbaycandakı səfirinə qarşı qarayaxma kampaniyası aparırlar: “Ermənilərin Ukrayna səfirinin tvitterdə paylaşdığı fikirlərə belə çirkin hücumları bir daha mifik erməni dünyasının həqiqətdən kənar olduğunu göstərir. Onların bu kampaniyasının heç bir əhəmiyyəti yoxdur, çünki bütün dünya erməni vəhşiliyini artıq öz gözləri ilə görür”.

Tovuz döyüşləri zamanı müdafiə məqsədilə həyata keçirilən əks hücumlarda Azərbaycan Respublikasının hərbi strategiyası və milli müdafiə mövqeyi mükəmməl şəkildə nümayiş etdirildi. 12-16 iyul 2020-ci il tarixli Tovuz döyüşlərində Azərbaycan Silahlı Qüvvələri cəsarət, şücaət və yüksək hərbi bacarıq göstərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti