...

Azərbaycanın yardımını heç zaman unutmayacağıq - Serbiyalı nazir

Siyasət Materials 26 İyul 2021 13:37 (UTC +04:00)
Azərbaycanın yardımını heç zaman unutmayacağıq - Serbiyalı nazir

Bakı. Elçin Mehdiyev – Trend:

Serbiya ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur və bu əlaqələrin qurulmasında iki dövlət başçısı arasında şəxsi münasibətlərin mühüm rolu var.

Trend-in məlumatlna görə, bunu Azərbaycanda səfərdə olan Serbiyanın xarici işlər naziri Nikola Selakoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Serbiyalı nazir pandemiya dövründə Azərbaycanın Serbiyaya humanitar yardımını xüsusi qeyd edib: “Bu çətin günlərdə dost Azərbaycan Serbiyaya humanitar yardım etdi. Azərbaycanın Serbiyaya bu yardımını heç zaman unutmayacağıq. Bu, səmimi dostluğun bariz nümunəsi idi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti