Azərbaycan-İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması ilə bağlı fikirlərin əsası yoxdur - Leyla Abdullayeva

Azərbaycan-İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması ilə bağlı fikirlərin əsası yoxdur - Leyla Abdullayeva

Bakı. Trend:

"Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirik, çünki bu fikirlərin heç bir əsası yoxdur.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin müsahibəsində Azərbaycanla bağlı söylədiklərini şərh edərkən deyib.

XİN rəsmisi ilk növbədə vurğulayıb ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yerli televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, iki ölkə xalqları arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və İran arasında əlaqələr möhkəm tarixi bağlar, dostluq və əməkdaşlıq üzərində qurulub.

L.Abdullayeva müsahibə zamanı səsləndirilən bəzi fikirlərlə bağlı aşağıdakıları qeyd edib:

"Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirik, çünki bu fikirlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, Azərbaycan ərazisində nə dövlətimizə, nə də qonşu ölkələrə təhdid doğura biləcək hər hansı qüvvələrin, o cümlədən terrorçu ünsürlərin mövcudluğu müzakirə mövzusu belə ola bilməz. Əfsuslar olsun ki, hələ 44 günlük Vətən müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi. O zaman da bəyan etmişdik, indi də təkrar edirik ki, bu kimi iddiaların heç bir əsası yoxdur və bu günədək Azərbaycan tərəfinə bu xüsusda heç bir dəlil təqdim edilməyib.

Beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı Azərbaycanın hər zaman rəhbər tutduğu fundamental prinsiplərdən biridir. Məlumdur ki, məhz Azərbaycan, ərazilərinin bir hissəsinin hərbi işğalından və beynəlxalq sərhədlərinin pozulmasından onilliklər ərzində əziyyət çəkib. O cümlədən, bizim İran ilə sərhədimizin 130 km. dən çox hissəsi uzun illər ərzində Ermənistanın işğalı altında olub. Təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksıyasını eşitməmişik".

Mətbuat xidməti idarəsinin rəisi qeyd edib ki, ümumiyyətlə, Azərbaycan bütün dövlətlərlə münasibətləri məhz bir-birlərinin beynəlxalq sərhədlərinə hörmət əsasında qurulmasının tərəfdarıdır, bu ölkəmizin dəyişilməz mövqeyidir:

"Məlumdur ki, tərəfimizdən o cümlədən, Ermənistan ilə münasibətləri elə bu fundamental beynəlxalq hüquq prinsipi əsasında normallaşdırmağa və sərhədlərin delimitasiyası üzrə danışıqlara başlamağa hazır olduğumuzu bəyan etmişik. Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesi ikitərəfli məsələdir və son zamanlar qarşı tərəfdən bu xüsusda müsbət siqnalların verilməsi prosesin konstruktiv istiqamətdə inkişafına ümid yaradır.

Kənar qüvvələrin Azərbaycana müdaxiləsi fikrinə gəldikdə vurğulamaq istərdik ki, Azərbaycan Respublikası hər zaman milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirib və 30 il ərzində atdığı konkret addımları ilə bunu dəfələrlə sübut edib. Qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi xarici siyasətimizin əsas prioritet məsələlərindəndir və tərəfimizdən bu istiqamətdə davamlı addımlar atılmaqdadır.

Onu da bildirmək istərdik ki, Azərbaycan İslam həmrəyliyi məsələsinə böyük həssaslıqla yanaşır və məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal mövqeyi ilə seçilir. Ölkəmiz son onilliklər ərzində Azərbaycan ərazisində İslam tarixinə və mədəniyyətinə məxsus irsin dağıdılması, talan edilməsi və təhqir edilməsi ilə bağlı məsələni diqqət mərkəzində saxlayıb və bu məsələdə bizim haqq mövqeyimizin İƏT üzv ölkələri tərəfindən dəstəklənməsini yüksək qiymətləndiririk.

Hesab edirik ki, Azərbaycan ərazilərinin işğalına son qoyulması, həmin bölgədə Ermənistanın qanunsuz əməllərinə, o cümlədən böyük həcmdə silah-sursat cəmləşdirməsi, qeyri-qanuni iqtisadi və digər əməllər, narkotik qaçaqmalçılığı, terrorçuların hazırlanması, İslam dini və mədəniyyət abidələrinin təhqir və məhv edilməsi hallarının dayandırılması və 30 illik həsrətdən sonra azərbaycanlı məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması İran İslam Respublikasının maraqlarına cavab verən şərait olmalıdır".

Nikol Paşinyan yenə koronavirusa yoluxub
Nikol Paşinyan yenə koronavirusa yoluxub
Dünyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Dünyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb
ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollarlıq silah satışını təsdiqləyib
Loading Bars
Xəbər lenti
İran Prezidenti Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
“Azneft” İstehsalat Birliyi 2021-ci ili müsbət göstəricilərlə başa vurub
Yayılan videoya görə müəllimə töhmət verildi, şagirdlərdən izahat alınıb
Azərbaycan XİN Milli Gün münasibətilə Hindistanı təbrik edib
Azərbaycanda nar bağlarının sığortası başlayıb
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BSU-da imtahan sessiyasının monitorinqini keçiriblər (FOTO)
Binə qəsəbəsində evlərdən və mebel sexindən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Müdafiə nazirinin İrana rəsmi səfəri davam edir (FOTO)
Azərbaycanda dini qurumların qeydiyyata alınması qaydası dəyişir
İran hər zaman Azərbaycanın yanında olacaq - İranın Baş Qərargah rəisi
"Smart Qarabagh" hakatonuna sən də qoşul və ideyalarını 10 min dollar mükafatı uğrunda sına
Rusiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak üçün 14 müraciət edib - Səfir
Bakıda batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək
Gəncənin sabiq icra başçısını güllələyən şəxs ittihamlarla razılaşmır
"Tarix fakültəsinin tanınmış məzunları ilə görüş"ün ilk qonağı deputat Naqif Həmzəyev olub (FOTO)
Azərbaycanda nəzirləri kartla və onlayn vermək mümkün olacaq
Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətləri əlindən alına bilər
Rusiya ilə Azərbaycan arasında aviadaşımaların sayı artıb - Boçarnikov
Moskva Prezident İlham Əliyevin üçtərəfli işçi qrupu ilə bağlı yanaşmasını bölüşür – Boçarnikov
Sabah Bakıda sulu qar yağacaq, külək əsəcək
“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb
Rusiyadan Azərbaycana yeni biznes missiyalar planlaşdırılır
Orqan transplantasiyası icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
Sumqayıtda məktəbliyə siqaret satan şəxs cərimələnib (FOTO/VİDEO)
Rusiya səfiri "Lukoyl"un Azərbaycandakı işini qiymətləndirib
Nikol Paşinyan yenə koronavirusa yoluxub
Tikinti biznesinə dair ictimai müzakirələr təşkil olunub (FOTO)
Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşləri münasibətlərin normallaşmasına xidmət edəcək - Səfir
Rusiya səfiri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının mümkünlüyünü şərh edib
Azərbaycan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulmasına birinci dərəcəli diqqət yetirir - Azərbaycanın BMT-dəki nümayəndəsi
"3+3" formatı üzv ölkələrin ticari-iqtisadi əməkdaşlığını genişləndirməyə imkan verəcək - Boçarnikov (FOTO)
Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı
Xudatda soyğunçuluq edən şəxslər saxlanılıblar
ADU əməkdaşının Vətən müharibəsi ilə bağlı kitabı çap olunub
Rusiya Azərbaycanın regionda vəziyyətin normallaşması ilə bağlı mövqeyini yüksək qiymətləndirir - Səfir
TİKA Azərbaycanda “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərə başlayıb
Bu il Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 20-ci iclası keçiriləcək
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu hamiləlikdə qaraciyər xəstəlikləri mövzusunda müsahibə verib
Rusiyanın Azərbaycanda investisiyalarının həcmi 4 milyard dolları ötüb - Səfir
Ruhi-əsəb xəstəsi DSMF-nin şöbəsini yandırmaq istədi
Oksigen terapiyası dərini cavanlaşdıracaq və qırışları hamarlaşdıracaq
Xudatda narkotik satan şəxslərə qarşı əməliyyat keçirilib
Hökməli qəsəbəsində "patı" satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Könül Nurullayeva AŞPA-nın plenar sessiyasında təkliflər irəli sürüb
Sahibkarlara məhsullarını “Azərpoçt”da satmaq təklif olunur
Bakıda sərxoş kişi özünü dənizə atdı
Abşeronda dayı bacısı oğlunu güllələdi
“3+3” formatı təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir - Rauf Əliyev
Avrora Qrup ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açlışını edib (FOTO)
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Azərbaycan irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb - Baş katib
Bu il VII Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək (ÖZƏL)
Bakının mərkəzi küçəsində işıqforlarda yaranan problem aradan qaldırılıb
Azərbaycanda pambığın alış qiyməti növbəti dəfə artırıldı
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür (FOTO)
Azərbaycan nefti iki dollardan çox bahalaşıb
Sürətli fiber-optik bağlantıya qoşulan təhsil müəssisələrinin sayı artır (FOTO)
"Netflix"in işində nasazlıqlar yaranıb
Azərbaycanda ən çox pambıq yığımı olan rayonlar açıqlanıb
Üç il əvvəl baş vermiş oğurluğun üstü açılıb
Gürcüstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində (FOTO)
Xarici diplomlar hansı hallarda tanınmır?
Kapital Bank ev tikintisi üçün ipoteka krediti təklif edir
Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib
Dünyada koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Ötən gün 90-dan artıq toyda monitorinq keçirilib
Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb
Ramin Bayramlı yeni vəzifəyə təyin olunub? - AÇIQLAMA
Xarici valyutaların manata qarşı məzənnələri
ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollarlıq silah satışını təsdiqləyib
Məşhur MMC-nin ofisindəki seyfi yarmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Parisin Lagazetteaz.fr onlayn qəzeti yenilənmiş interfeysini təqdim edib (FOTO)
Türkiyədə ötən sutka koronavirusa 75 mindən artıq yoluxma qeydə alınıb
Konqo Demokratik Respublikasında güclü zəlzələ olub
Peru hökumətinin sədri koronavirusa yoluxub
Fransa prezidenti Putinə zəng etmək niyyətində olduğunu açıqlayıb
ABŞ strateji ehtiyatından 7 şirkətə 13,4 milyon barel neft verəcək
İtaliyada sutkalıq koronavirusa yoluxma hallarının sayı təxminən 2,5 dəfə artıb
Türkiyədə zəlzələ baş verib
"Parisien": Fransadakı yəhudilərin əksəriyyəti antisemitizmdən şikayətlənir
Pakistanda ilk dəfə qadın Ali Məhkəmənin üzvü olub
Fransada ötən gün koronavirusa 500 mindən artıq yoluxma qeydə alınıb
İsrail prezidenti BƏƏ-yə səfər edəcək
Dünyada koronavirusa yoluxanların sayı 350 milyonu keçib
İstanbul hava limanının bağlı qalacağı müddət uzadılıb
Koronavirusa yoluxma hallarında artım davam edə bilər - Vaksin olunmaq əsas çıxış yoludur
Bakıda Hindistanın Milli Turizm Günü qeyd olunub (FOTO)
Elton Con koronavirusa yoluxub
Hazırda Azərbaycan-İran əməkdaşlığı daha dinamik və genişlənən xətt üzrə gedir - TƏHLİL
"Ana" tropik fırtınası Afrikanın cənub-şərqində 46 nəfərin ölümünə səbəb olub
İran sanksiyalar ləğv edildikdən sonra ABŞ-la birbaşa danışıqlara hazırdır - Rəisi
Saatlıda telefon satışı mağazasında yanğın olub
Türkiyədə "Pfizer" preparatından sonra "buster" doza olaraq "Turkovac" peyvəndi vurulacaq
Türkiyə Baş Qərargah rəisi və SACEUR komandanı NATO proseslərini müzakirə ediblər
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub
Qubada ikimərtəbəli ev yanıb
Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb (FOTO)
Yaponiyada pilotsuz konteyner gəmisi iki liman arasında səfəri uğurla başa vurub
Bütün xəbərlər