...

Burada gördüyümüz dağıntılar təbiətə qarşı barbar münasibətin sübutudur - Qırğızıstan səfiri

Siyasət Materials 16 Oktyabr 2021 14:00 (UTC +04:00)
Burada gördüyümüz dağıntılar təbiətə qarşı barbar münasibətin sübutudur - Qırğızıstan səfiri

Tərtər. Sədrəddin Ağcayev - Trend:

Burada gördüyümüz dağıntılar təkcə əhaliyə deyil, həm də təbiətə qarşı barbar münasibətin sübutudur.

Bunu şənbə günü Trend-ə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev diplomatik korpusun nümayəndələri ilə birgə Suqovuşan və Talış kəndlərinə səfəri zamanı deyib.

O bildirib ki, MDB tarixində ən qanlı münaqişələrdən birinin başa çatmasından bir ilə yaxın vaxt keçib: "Biz burada törədilmiş dağıntıları və baş verən dəyişiklikləri öz gözümüzlə görməyə gəlmişik. Burada gördüyümüz dağıntılar təkcə əhaliyə deyil, həm də təbiətə qarşı barbar münasibətin sübutudur. Burada artıq tədricən infrastruktur dirçəlir. Yollar, elektrik xətləri, su təchizat sistemləri, su anbarları tikilir. Buranın gözəl iqlimi var. Fikrimcə, yaxın gələcəkdə bura gözəl kurort yeri olacaq. Ümid edirəm ki, müəyyən müddətdən sonra biz buraya turist qismində qayıdacağıq".

Səfir əlavə edib ki, dünya ictimaiyyəti Azərbaycanın mövqeyini bölüşür, çünki ölkə işğal olunmuş ərazilərini azad edib və tarixi ədaləti bərpa edib: "Azərbaycan ardıcıl, sülhsevər siyasət yürüdür və sülh sazişini imzalamaq, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini həll etmək üçün dialoqa hazırdır. Artıq qarşısıalınmaz dəyişikliklər baş verib, konstruktiv əməkdaşlıq etmək lazımdır. Bu məsələlərin həlli təkcə Cənubi Qafqazın deyil, həm də regionun inkişafına müsbət təsir göstərəcək".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti