...

İşğaldan azad edilmiş ərazilərin bərpası və insanların oraya qaytarılması qarşıda duran prioritet məsələdir - Şahmar Mövsümov

Siyasət Materials 4 Noyabr 2021 17:27 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərin bərpası və insanların oraya qaytarılması qarşıda duran prioritet məsələdir - Şahmar Mövsümov

Bakı. Elçin Mehdiyev – Trend:

İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi və insanların oraya qaytarılması Azərbaycanın qarşısında duran prioritet məsələdir.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusunda panel müzakirələri zamanı deyib.

Ş.Mövsümov bildirib ki, Azərbaycan ərazilərin bərpası istiqamətində böyük işlər görür:
“Bizim növbəti prioritetimiz böyük qayıdışdır. Biz burada ədaləti bərpa etməliyik, insanları oraya qaytarmalıyıq”.

Prezidentin köməkçisi əlavə edib ki, azad edilmiş ərazilərin bərpası Azərbaycan iqtisadiyyatının böyüməsinə səbəb olacaq: “Kənd təsərrüfatına yararlı torpaqlar dövriyyəyə qayıtmalıdır. Bu, iqtisadiyyatın genişlənməsinə imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti