...

İran hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Siyasət Materials 30 Noyabr 2021 16:26 (UTC +04:00)
İran hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Bakı. Elnur Bağışov – Trend

İran Səfirliyi Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı Səfirliyinin Twitter səhifəsində paylaşılıb.

Paylaşımda bildirilir ki, İran İslam Respublikası Səfirliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması və bir neçə nəfərin şəhid olması ilə bağlı dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti