...

İran bölgədə bütün kommunikasiya xətlərini bərpa olunmasını dəstəkləyir - İran səfiri

Siyasət Materials 10 Fevral 2022 11:36 (UTC +04:00)
İran bölgədə bütün kommunikasiya xətlərini bərpa olunmasını dəstəkləyir - İran səfiri

Bakı. Elnur Bağışov - Trend:

İran bölgədə bütün kommunikasiya xətlərini bərpa olunmasını dəstəkləyir.

Trend xəbər verir ki, bunu İran Azərbaycandakl səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.

S.A.Musəvinin sözlərinə görə, bölgədə Zəngəzur dəhlizinin açılması Azərbaycan və Ermənistan arasında həll ediləcək məsələdir.

"İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Azərbaycana səfərində bu yollarla əlaqədar müzakirələr aparıldı. İki ölkənin nəzərdə tutduğu məsələlərdən biri tranzit məsələsidir. Buna görə də iki ölkə bu sahəyə daha çox önəm verir", - deyə səfir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti