...

İranın şirkətləri tez bir zamanda azad olunan ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdır - Seyid Abbas Musəvi

Siyasət Materials 10 Fevral 2022 11:39 (UTC +04:00)
İranın şirkətləri tez bir zamanda azad olunan ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdır - Seyid Abbas Musəvi

Bakı. Elnur Bağışov - Trend:

İranın təcrübəli şirkətlərinin tez bir zamanda azad olunan ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdır.

Bunu İran Azərbaycandakl səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.

S.A.Musəvinin sözlərinə görə, iki ölkənin güclü iqtisadi əməkdaşlığında önəmli məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdir.

"İran sevinir ki, bu ərazilər işğaldan azad edilib. İran Azərbaycan arasında 132 km ərazi işğaldan azad edilib. Bu ərazilər birgə iqtisadi əməkdaşlıq üçün önəmli məkanlardır. İranın təcrübəli şirkətlərinin tez bir zamanda azad olunan ərazilərdə yenidənqurma işlərində iştirak etməyə maraqlıdır. Bununla əlaqədar müqavilələrin imzalanması gözlənilir", - deyə səfir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti