...

Vyanada əldə olunacaq istənilən razılaşma sanksiyaların ləğvini ehtiva etməlidir - İran prezidenti

Siyasət Materials 20 Fevral 2022 02:24 (UTC +04:00)
Vyanada əldə olunacaq istənilən razılaşma sanksiyaların ləğvini ehtiva etməlidir - İran prezidenti

Bakı. Trend:

Vyanada əldə olunacaq istənilən razılaşma sanksiyaların ləğvi, etibarlı təminatların verilməsi və siyasi suallar və iddiaların dayandırılmasını ehtiva etməlidir.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi fransız həmkral Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

O, qeyd edib ki, İran danışıqlar zamanı konstruktiv təkliflərlə çıxış edib və digər tərəflərin təkliflərini iranlıların maraqlarına uyğunluq kontekstində nəzərdən keçirib.

"İran nümayəndə heyəti dəfələrlə bəyan edib ki, iranlıların hüquqlarını təmin edən və müdafiə edən təşəbbüsləri alqışlayır. siyasi təzyiqlər və ya iranlılara təzyiq göstərmək üçün bəyanatlar razılaşma əldə olunmaq perspektivini sarsıdır", - İ. Rəisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti