Bakı. Trend:
Fevralın 21-də Knessetdə (İsrail parlamenti) İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil edilən və Xocalı faciəsinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün İsrailə səfər etmiş Milli Məclisinin deputatları Sevil Mikayılova və Anatoli Rəfailovla Knessetdə İsrail - Azərbaycan Parlamentlərarası Qrupun üzvləri ilə görüş keçirilib.
Trend xəbər verir ki, görüş Xocalı soyqırımının anım günü ərəfəsinə təsadüf etdiyindən azərbaycanlı deputatlar bu faciə haqqında israilli həmkarlarına məlumat veriblər. Knessetin üzvləri Elina Bardaç-Yalova və Tatyana Mazarskaya deputatlar və yəhudilər adından Azərbaycan xalqına başsağlığı veriblər.
Görüş dostluq şəraitində keçdi. Deputatlar tibb və səhiyyə sahəsində əməkdaşlıq imkanları və konkret planlar barədə danışıblar. İsrailli nümayəndə heyətinə İsrail-Azərbaycan parlamentlərarası komissiyasının sədri Elina Bardaç-Yalova rəhbərlik edib.