Bakı. Humay Ağacanova - Trend:
ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, səfirliyin "Twitter" hesabında səfir Örl Litzenbergerin sözləri qeyd olunub.
"Bu gün biz azərbaycan xalqının kədərini paylaşır və 1992-ci ildə Xocalıda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik" - deyə bildirilib.