...

Co Bayden ölkə rəhbəri qismində əsas prioritetini açıqlayıb

Siyasət Materials 2 Mart 2022 06:55 (UTC +04:00)

Bakı. Trend:

Vaşinqton administrasiyasının əsas prioriteti ölkədə qiymətlərə nəzarət etməkdir.

Trend xairic KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Konqresinin Nümayəndələr Palatası və Senatında müraciəti zaman deyib.

"İqtisadiyyatımızdakı bütün təqdirəlayiq məqamlara, rekord səviyyədə iş yerlərinin artımı və daha yüksək əmək haqqı, rəğmən bir çox ailələr hesab ödəmə zamanı çətinliklərlə üzləşir. İnflyasiya onları mümkün faydalardan məhrum edir. Ona görə də mənim əsas prioritetim qiymətləri nəzarət altına almaqdır", - ABŞ prezidenti bildirib.

O əlavə edib ki, ABŞ-da, bir çox ailələr ərzaq, qaz, mənzil və s. artan xərclərin öhdəsindən gəlmək üçün mübarizə apararaq "maaşdan maaşa" prinsipi ilə yaşayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti