...

BMT azad edilmiş ərazilərin bərpası üçün Azərbaycana təkliflər verə bilər - Nazir müavini

Siyasət Materials 2 Mart 2022 12:10 (UTC +04:00)
BMT azad edilmiş ərazilərin bərpası üçün Azərbaycana təkliflər verə bilər - Nazir müavini

Bakı. Trend:

BMT azad edilmiş ərazilərin bərpası üçün Azərbaycana təkliflər verə bilər.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş fotosərginın açılışında deyib.

O qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirir.

"BMT erməni işğalından azad edilmiş ərazilərin bərpasında Azərbaycanın səylərinin dəstəklənməsi üçün çox şey təklif edə bilər. Bu kömək bir il əvvəl Azərbaycanla BMT arasında imzalanmış 2021-2025-ci illər üzrə dayanıqlı inkişaf sahəsində əməkdaşlıq sənədi çərçivəsində göstərilə bilər", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti