...

Çavuşoğlu rusiyalı və ukraynalı həmkarları ilə telefon danışıqları aparıb

Siyasət Materials 6 Mart 2022 21:34 (UTC +04:00)
Çavuşoğlu rusiyalı və ukraynalı həmkarları ilə telefon danışıqları aparıb

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar günü rusiyalı və ukraynalı həmkarları Sergey Lavrov və Dmitri Kuleba ilə telefon danışıqları aparıb.

Trend xəbər verir ki, danışıq zamanı M. Çavuşoğlu və S.Lavrov davam edən böhrandan çıxış yollarını, həmçinin prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etdiyi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ukraynalı həmkarı ilə telefon danışığı zamanı iki ölkənin XİN rəhbərləri Ukraynada baş verən son hadisələri qiymətləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti