...

ABŞ və Çin liderləri arasında telefon danışığı baş tutacaq

Siyasət Materials 18 Mart 2022 07:46 (UTC +04:00)
ABŞ və Çin liderləri arasında telefon danışığı baş tutacaq

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında Vaşinqton vaxtı ilə cümə günü səhər telefon danışığı baş tutacaq.

Trend xəbər verir ki, bu Ağ Evin mətbuat xidmətinin cümə günü yaydığı cədvəldə öz əksini tapıb.

Qeyd olunur ki, danışıq yerli vaxtla səhər saat 9:00-a planlaşdırılıb. Bundan iki saat sonra ABŞ prezidenti milli təhlükəsizlik məsələləri üzrə komandası ilə müntəzəm brifinq keçirəcək.

Məlumata görə, С.Bayden və S. Cinpinq digər məsələlərlə yanaşı Ukraynadakı vəziyyəti də müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti