...

Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü Şuşada qeyd ediləcək

Siyasət Materials 18 Mart 2022 09:54 (UTC +04:00)
Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü Şuşada qeyd ediləcək

Bakı. Trend:

Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşaya səfər etmək üçün Xankəndi adı verilmiş təyyarə ilə Füzuli aeroportuna uçuruq. Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək. BMT bayrağı azad edilmiş Şuşada dalğalandırılacaq”, - H.Hacıyev yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti