...

Brüssel sülh gündəliyi, Brüssel görüşünə Ermənistanda reaksiyalar, Ağdaban soyqırımı - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 8 Aprel 2022 20:59 (UTC +04:00)

Bakı. Trend:

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər Ağdaban yalında keşik çəkən 3 nəfəri qətlə yetirir, səhər saat 6-da kəndi güllə yağışına tuturlar. Ermənilər planlı surətdə hərəkətə başlayırlar. Evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək əvvəlcədən müəyyənləşdirirlər. Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə ermənilər hücum edir və dinc insanları qətlə yetirirlər.

Trend-in məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Brüssel sülh gündəliyi, Brüssel görüşünə Ermənistanda reaksiyalar, Ağdaban soyqırımı" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – siyasi şərhçilər Ramil Həsən, Musa Qasımlı və Jil Mixaili (fransız siyasi şərhçi-sinxron tərcüməli) mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=xM5u788w30g

Məqalədə:
Xəbər lenti

Xəbər lenti