...

Ermənistan tərəfi bilməlidir ki, ən kiçik təxribatın qarşısı çox ciddi şəkildə alınacaq - Deputat

Siyasət Materials 24 Aprel 2022 15:27 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanın təxribat-diversiya qrupunun Azərbaycan sərhədini keçməyə cəhd etməsi Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş növbəti təxribatdır.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu onu göstərir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Təəssüf ki, Ermənistan 44 günlük acı məğlubiyyətdən nəticə çıxarmayıb.

"Buna və nəticələrə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan tərəfi bilməlidir ki, ən kiçik təxribatın qarşısı çox ciddi şəkildə alınacaq. Azərbaycan erməni faşizminin yenidən baş qaldırmasına heç zaman imkan verməyəcək. Ermənistan nə istədiyini müəyyənləşdirməlidir. Azərbaycan Ermənistan Sülh istəyirsə sülhə müharibə istəyirsə müharibəyə hazırdır. Ermənistan təxribatlara son qoymalıdır", - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti