...

Azərbaycan və Latviya arasında minatəmizləmə üzrə mümkün əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 27 Aprel 2022 17:31 (UTC +04:00)
Azərbaycan və Latviya arasında minatəmizləmə üzrə mümkün əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Qəbiristanlıqların minalanması məqsədyönlü şəkildə mülki əhaliyə qarşı edilən qeyri-insani əməllərin təzahürüdür – bu barədə Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə görüş zamanı qeyd edib.

ANAMA-dan Trend-ə bildirilib ki, görüş zamanı iki ölkə arasında minatəmizləmə sahəsində mümkün əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.

İdarə Heyətinin sədri Vüqar Süleymanov 2022-ci il üzrə tədbirlər planına əsasən müəyyən olunan prioritet layihələr üzrə fəaliyyətin gedişatı, mərhələli şəkildə minatəmizləmə əməliyyatlarına yeni müdavimlərin cəlb olunması, Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun keçirilən təlimlər, həmçinin süni intellekt texnologiyası vasitəsilə ərazilərin tədqiqatı barədə məlumat verib.

Nazir Artis Pabriksi işğaldan azad edilən ərazilərdə aparılan humanitar minatəmizləmə əməliyyatları, həmçinin ardıcıl olaraq infrastukturun bərpası istiqamətində görülən genişmiqyaslı işləri yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti