...

ABŞ-nin Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin Bakıda görüşü keçirilib

Siyasət Materials 28 Aprel 2022 13:36 (UTC +04:00)
ABŞ-nin Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin Bakıda görüşü keçirilib

Bakı. Trend:

ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin Bakıda görüşü keçirilib.

Trend-in ABŞ-ın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsinə istinadən məlumatına görə, səfirlər Örl Litzenberger, Kelli Deqnan və Linn Treysi, dövlət katibinin köməkçisinin müavini Erika Olson, Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer və ABŞ-nin Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden ABŞ-nin Azərbaycandakı səfirliyinin ev sahibliyi etdiyi Missiya Rəhbərlərinin regional toplantısında iştirak ediblər.

"İrəvan, Bakı və Tbilisi əvvəllər də bu kimi tədbirlərə ev sahibliyi ediblər. Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq", - səfirliyin məlumatına deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti