...

Ukraynanın təhlükəsizlik qarantları ilə danışıqlar aktiv mərhələdədir - XİN rəhbəri

Siyasət Materials 7 May 2022 03:56 (UTC +04:00)
Ukraynanın təhlükəsizlik qarantları ilə danışıqlar aktiv mərhələdədir - XİN rəhbəri

Bakı. Trend:

Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazır olan ölkələrlə danışıqlar hazırda aktiv mərhələdədir.

Trend "Ukrinform"-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevdə Baltikyanı ölkələrin xarici işlər nazirləri ilə birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, təminatın əhəmiyyətli hissəsi artıq silah tədarükü və ölkənin NATO standartlarına keçidi formasında həyata keçirilir.

"Biz hamımız eyni məqsədlə işləyirik - tərəfdaşlarımızın bizə ən qısa zamanda təmin edə biləcəyi təhlükəsizlik zəmanətləri paketini əldə etmək. Danışıqlar aktiv mərhələdədir. Təfərrüatları açıqlamayacağam, amma həqiqətən də tərəfdaşlarımızın dəstəyini təkcə sözdə deyil, həm də əməldə görürük", - Kuleba bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti