...

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

Siyasət Materials 14 May 2022 11:30 (UTC +04:00)
Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatları – Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, millət vəkilləri Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 19-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti