...

İran Prezidenti bu ölkədə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevi qəbul edib

Siyasət Materials 19 May 2022 18:40 (UTC +04:00)
İran Prezidenti bu ölkədə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevi qəbul edib

Bakı. Trend:

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev mayın 19-da İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini İran Prezidentinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb, hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrinin inkişaf etdiyini vurğulayıb.

Görüşdə ölkələrarası faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti