...

ABŞ-ın Ankaradaki səfiri Türkiyə XİN-ə çağırılıb

Siyasət Materials 22 May 2022 20:34 (UTC +04:00)
ABŞ-ın Ankaradaki səfiri Türkiyə XİN-ə çağırılıb

Bakı. Trend:

ABŞ-ın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Ceff Fleyk Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.

Trend Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, səfirin diqqətinə ötən gün İstanbulda keçirilən aksiyada asayişin təmin olunması istiqamətində peşə vəzifələrini yerinə yetirən Türkiyənin hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı tutarsız iddialar və zor tətbiqetmə ilə bağlı ABŞ Səfirliyinin qeyri-dəqiq informasiya yaymasının Ankaranı narahat etməsi çatdırılıb.

Həmçinin, Türkiyədə fikir və söz azadlıqlarının təmin olunmasında hansısa problemlərin olduğu görünüşünün yaratmağın qəbuledilməz olduğu vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti