Bakı. Trend:
Biz regionda sülhün qurulması ilə bağlı istənilən ölkənin səylərini dəstəkləyirik.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı deyib.
"Türkiyə bu ölkələrdən biridir. Biz Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını alqışlayırıq. Bu irəliləyişi Bakı ilə İrəvan arasında da görmək istərdik", - səfir deyib.
(Tərcümə: Orxan Nəbiyev)