...

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında baş verən inkişafdan heyranlıq duyuram - Misirin sabiq xarici işlər naziri

Siyasət Materials 16 İyun 2022 12:35 (UTC +04:00)
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında baş verən inkişafdan heyranlıq duyuram.

Trend-in məlumatına görə, bunu Misirin sabiq xarici işlər naziri Əhməd Əbül Geyt “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu, onun Bakıya ilk səfəri deyil və hər dəfə Bakıya gəldikdə şəhəri daha da gözəlləşmiş görür.

Mövcud qlobal vəziyyətdən danışarkən sabiq nazir bildirib ki, indi Ukraynada baş verənlər əsl faciədir.

"Tarix bizi cari problemlərin düzgün həllinin axtarışlarına yönəltməlidir. Əminəm ki, yeni balans tapılacaq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti