...

IX Qlobal Bakı Forumunun dünyadakı mövcud problemlərin həlli istiqamətində əhəmiyyətli rolu olacaq - Latviyanın sabiq prezidenti (ÖZƏL)

Siyasət Materials 16 İyun 2022 15:51 (UTC +04:00)
IX Qlobal Bakı Forumunun dünyadakı mövcud problemlərin həlli istiqamətində əhəmiyyətli rolu olacaq - Latviyanın sabiq prezidenti (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

IX Qlobal Bakı Forumunun dünyada mövcud problemlərin həlli istiqamətində əhəmiyyətli rolu olacaq.

Bunu Trend-ə özəl açıqlamasında Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.

Onun sözlərinə görə, Bakıda baş tutan forumda bir çox ölkə təmsil olunur.

“Azərbaycanın balanslı siyasəti var. Bu səbəbdən bu cür qlobal əhəmiyyətə malik forum Bakıda keçirilir və düşünürəm ki, Azərbaycanın apardığı balanslı siyasət bir çox problemin həllinə təkan verəcək. Forum çərçivəsində aparılan müzakirələrin müsbət nəticələr verəcəyini düşünürəm”,- deyə sabiq prezident əlavə edib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti