...

Zəngəzur dəhlizi Azərbaycanın Avrasiyada logistik mərkəzə çevrilməsinə imkan verəcək - Mahmud Məmməd-Quliyev

Siyasət Materials 23 İyun 2022 12:33 (UTC +04:00)
Zəngəzur dəhlizi Azərbaycanın Avrasiyada logistik mərkəzə çevrilməsinə imkan verəcək - Mahmud Məmməd-Quliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Rumıniya arasında əlaqələr inkişaf edir, biz Rumıniya vasitəsilə Avropa İttifaqı ilə əlaqələrimizi möhkəmləndirmək istəyirik.

Trend-in məlumatına görə, bunu Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

O qeyd edib ki, Azərbaycan Rumıniya ilə ticarət, nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək istəyir.

M.Məmməd-Quliyev əlavə edib ki, münaqişədən sonrakı mərhələdə Azərbaycanın prioritetləri aydın şəkildə ifadə edilib. "Bu mövqe yenidənqurma və əməkdaşlıq, dayanıqlı sülh ilə ifadə olunur. Azərbaycan 30 il ərzində ermənilər tərəfindən törədilmiş dağıntıların aradan qaldırılması ilə bağlı addımlar atır. Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atır. Bu dəhliz Azərbaycanın Avrasiyada logistik mərkəzə çevrilməsinə imkan verəcək”, - xarici işlər nazirinin müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti